"Torpaq uğrunda ölən varsa Vətəndir!" adlı layihənin yekun tədbir-sərgisi keçirilib FOTOLAR

"Torpaq uğrunda ölən varsa Vətəndir!" adlı layihənin yekun tədbir-sərgisi keçirilib FOTOLAR

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Torpaq uğrunda ölən varsa Vətəndir!" adlı layihənin yekun tədbir-sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə öncə muzeydə təşkil olunan Milli Qərəmanlar İsgəndər Aznaurovun, Ələkbər Əliyevin, Eldar Tağızadənin, Əfqan Hüseynovun, Ələsgər Novruzovun, Gültəkin Əsgərovanın və digərlərinin şəxsi əşyaları nümayiş olunub.

Tədbir Azərbaycan Himni ilə başlayıb.

Daha sonra Milli Qəhrəmanlar 1 dəqiqəlik sükutla yad edilib.

Sərgidə söz alan Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Milli Qəhrəmanlar haqda danışıb: " 2016-cı ildən Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını bir daha anmaq məqsədi ilə muzeyimiz "Torpaq uğrunda ölən varsa Vətəndir!" adlı layihəyə start verib. Bu layihə çərçivəsində Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib. Xüsusui ilə qedy edim ki, müstəqilliyimizə qovuşmaq üçün qan tökmüşük. Yaşadığımız müüstəqil həyat Milli Qəhrəmanlarımızın qanı bahasına başa gəlib. Vətən uğrunda canına qoyaraq, şəhid olan əsgər analarının qarşısında baş əyirəm".

Daha sonra Milli Qəhrəman Gültəkin Əsgərovanın anası pedoqoji elmlər üzrə fəlsəfə doktoru Rəfiqə Əsgərova sərgi haqda fikirlərini bildirib: "Azərbaycan xalqının azad və xoşbət yaşaması balalarımın qanı bahasına başa gəldi. Şəhidlərimiz torpağı öz qanları ilə yudular. Onların övladlarını sağ qalan valideynləri, nənələri, babaları böyüdərək, xalqa layiqli övlad kimi yetişdirdilər. Mən qızımla fəxr edirəm. Xüsusi ilə qeyd edim ki, Cənab Prezidentimiz İlham Əliyevdən çox razıyam. Çünki o, Milli Qəhrəmanları unutmadı. Onların ailələrinə hər zaman dəstək oldu".

Mərasim Milli Qəhrəmanların ailələrinin çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə