Zaqatala Rayon Mədəniyyət və Turizm şöbəsinin, Zaqatala Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə bir çox mədəniyyət evi və klublarda "Multikulturalizm ili" çərçivəsində silsilə tədbirlər davam edir. SİA-nın məlumatına görə, belə tədbirlərdən biri Əliabad qəsəbə mədəniyyət evində təşkil edilib.
Əliabad qəsəbə mədəniyyət evi, klub və kitabxananın birlikdə təşkil etdiyi tədbirə ingiloy dilində aşıq mahnıları oxuyan 83 yaşlı qocaman aşıq Cəmaləddin Uluxan oğlu və məhşur Tambur ifaçısı Mamed Mamedov da dəvət edilmişdir. Onların təqdim etdiyi biri birindən gözəl mahnılar çox böyük maraqla dinlənildi və mövzu ətrafında müəssisənin rəhbəri Əhmədiyyə Musayev və qonaqlar diskusiya şəklində öz ürək sözləri, fikir və təkliflərini çatdırıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB