ADGTT-da tamaşalar paradı FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin növbəti payız tətili günlərinin maraqlı və yaddaqalan keçməsi üçün yeni və bir-birindən rəngarəng repertuar planı təsdiq edib. SİA-nın məlumatına görə, noyabr ayının 15-dən – 21-dək – 5 gün ərzində məktəbli dostlarımız 20-dən çox müxtəlif janrlı tamaşa izləmək imkanı əldə edəcəklər.

Noyabr ayının 15-də Dilsuzun "Əlincə qalası" (saat 12.00, 14.00, 16.00), noyabr ayının 16-da S.S.Axundov və A.Şaiqin "Qaraca qız" (saat 10.00, 12.00, 14.00, 16.00), noyabr ayının 17-də P.Nurəliyevanın "Dəcəl keçi" (saat 10.00, 12.00, 14.00, 16.00), ayın 18-də A.Tolstoyun "Buratinonun macəraları" (saat 10.00, 12.00, 14.00, 16.00), ayın 19-da A.Lindqrenin "Balaca və damda yaşayan Karlson" (saat 10.00, 12.00, 14.00, 16.00) tamaşaları nümayiş etdiriləcək. Noyabr ayının 20-də isə teatrın repertuarına yenicə daxil edilməyinə baxmayaraq çox böyük tamaşaçı marağına səbəb olan A.Lindqrenin "Uzuncorab Pippi" (saat 10.00, 12.00, 14.00, 16.00) tamaşasının növbəti premyerası baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə