Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında" Sərəncamının icrasını təmin etmək məqsədi ilə Goranboy Rayon Ağsaqqallar evində Mərkəzi Kitabxananın işçiləri "Azərbaycanın ən şanlı tarixi – Müstəqilliyimizdir" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq, məruzə ilə çıxış edib.
Tədbirdə 1 saylı klubun müdiri Kazımova Nazilə , Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, Ağsaqqallar şurasının üzvü Vəlyəddin Abbasov mövzu ətrafında çıxış ediblər.
Onlar bir daha bildiriblər ki, Azərbaycan bu gün dünyaya yeni bir formada müasir və qüdrətli dövlət kimi təqdim olunur. Azərbaycan inkişafın yeni metodunu müəyyənləşdirir və bu inkişaf strategiyası digər ölkələr üçün bir nümunədir.
Tədbirin sonunda tədbir iştirakçıları mövzuya həsr olunmuş sərgi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB