MTN tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
Bildiririk ki, cari ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 5 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.
"Staybridge Suites Baku" – 4 (dörd) ulduz superior
"Neapol" – 4 (dörd) ulduz
"Baku İnn Hotel" – 4 (dörd) ulduz
"Xan Lənkəran" – 4 (dörd) ulduz
"Manor" – 3 (üç) ulduz
Qeyd edək ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxa və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb. Təsnifatdan keçmiş mehmanxanaların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
http://mct.gov.az/upload/1478849425Ulduzalanmehmanxanaforinformasiyasobesi.pdf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB