Eşitmə və danışma qüsurlu rəssamın "Mənim rəngli dünyam" FOTOLAR
Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Cəlilabad Dövlət Rəsm Qalereyasında 15 yaşlı eşitmə və danışma qüsurlu rəssam Sinan Məmmədlinin "Mənim rəngli dünyam" adlı II sərgisi təşkil olunub. SİA-nın məlumatına görə, sərgidə rayon İcra Hakimiyyətinin, Biləsuvar Dövlət Rəsm Qalereyasının, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Pedaqoji Universitetinin tələbələr iştirak edib. Sərginin sonunda Sinan Məmmədliyə şöbənin Fəxri Fərmanı və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, sərgi 12 noyabr 2016-cı il tarixinə qədər davam edəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB