“Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır”

“Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır”

Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı təsdiq edilmiş tədbirlər planını çərçivəsində Heydər Əliyev Mərkəzində "Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və foto şəkillərlə tanış olublar.

Toplantıda Mərkəzin direktoru Reyhanə Sadıxova Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı məruzə edib.

Müstəqil Azərbaycan Respublikasının son 25 ildə qazanılmış nailiyyətlərindən ətraflı söhbət açan Reyhanə Sadıxova, müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində ümummilli liderin əvəzolunmaz xidmətlərindən danışmış, ölkəmizin dünyanın ən inkişaf etmiş ölkələrlə bir sırada addımlamasında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında ulu öndərin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin Vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirib.

Toplantıda çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasından, ölkəmizin bu günkü inkişafından qürur hissi keçirdiklərini, müstəqil Respublikamızın sabahının daha gözəl olacağından əminliklə söhbət açıblar.

Sonda tədbir iştirakçıları Mərkəzin rəsm studiyası üzvlərinin Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunan rəsm əsərləri ilə tanış olub və sənədli filmə tamaşa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə