Pyer dö Treqomen Kvartetinin cazz konserti olacaq

Pyer dö Treqomen Kvartetinin cazz konserti olacaq

Oktyabrın 23-də Bakı Beynəlxalq Cazz Festivalı çərçivəsində Pyer dö Treqomen Kvartetinin xüsusi cazz konserti keçiriləcək. Bu barədə SİA-ya Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Konserti Fransanın Bakıdakı səfirliyi və Fransız İnstitutu birgə təşkil edir. Konsert Rotunda Cazz Klubunda saat 22.00-da başlayacaq, daha sonra Jam Session (musiqili improvizasiya seansı) ilə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə