Füzuli Dövlət Dram Teatrı "Müstəqillik günü"nü "N" saylı hərbi hissədə keçirdi FOTOLAR
Füzuli Dövlət Dram Teatrı 18 oktyabr "Müstəqillik günü" ilə əlaqədar "N" saylı hərbi hissədə keçirilən tədbirdə iştirak edib. SİA-nın məlumatına görə, teatr repertuarında olan Ə.Əsgərovun "Qız atası", S.Axundov "Bəndalı bəndə düşüb", Ə.Mərdanlı " Qara qoçun qurbanı" və s. tamaşalarından parçalar təqdim edib.
Tamaşada əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib.
Həmçinin teatrın aktyor və aktrisalarının ifasında gözəl mahnılar və rəqslər, aparıcıların vətənpərvərlik ruhunda şeirləri əsgərlərdə yüksək stimul yaradıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB