Bu gün Kamil Dadaşovun üç mərasimidir

Bu gün Kamil Dadaşovun üç mərasimidir

Əməkdar artist Kamil Dadaşovun üç mərasimidir. SİA-nın məlumatına görə, oktyabrın 15-də dünyasını dəyişən rəqqas uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, Kamil Dadaşov Azərbaycan rəqs sənətinin inkişafında əvəzsiz xidmətləri olan sənətkarlarımızdan biri olub. 1936-cı il sentyabrın 26-da Bakının Novxanı kəndində anadan olan K.Dadaşov dövrünün məşhur rəqqasları ilə eyni səhnəni paylaşıb. Azərbaycanın milli rəqs havalarının yaradılmasında, inkişafında müstəsna xidmətlər göstərib. Kamil Dadaşov ötən ay 80 illik yubileyini qeyd edib.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə