Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi seminar təşkil edib

Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi seminar təşkil edib

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti Azərbaycanda dağ-xizək istirahəti üzrə seminar təşkil edib. SİA-nın məlumatına görə, seminar "Şahdağ" Turizm Mərkəzi ilə birlikdə təşkil edilib.

Tədbiri "Şahdağ" Turizm Mərkəzinin kommersiya direktoru Elnarə Fərzəli idarə edib. O, seminar iştirakçılarını Azərbaycanın ilk və ən böyük dağ-xizək kurortunun xidmətləri və burada fəaliyyət göstərən əyləncələr haqqında məlumatlandırıb. Qış mövsümü ilə əlaqədar daha çox aktual olan dağ-xizək istirahəti haqqında sualları cavablandıran direktor bu xidmət haqqında geniş məruzə ilə çıxış edib. Bundan əlavə seminar iştirakçılarına "Şahdağ"da fəaliyyət göstərən otellər haqqında da məlumat verilib.

Regionun ən böyük xizək kurortunun fəaliyyətinə həsr edilən tədbir Azərbaycan milli mətbəxindən nümunələrin təqdimatı ilə davam edib. Mərasim zamanı Azərbaycanın turizm imkanları ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, həmçinin tədbirin təşkilatçıları tərəfindən iştirakçılara sertifikatlar və kiçik hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə