"Qızıl Dərviş" mükafatı laureatı Qax Dövlət Kukla teatrı səyyar tamaşa ilə səfərlərə çıxır. SİA-nın məlumatına görə, oktyabr ayının 7-dən başlayaraq oktyabr ayının 20-dək teatr Qax rayonunun Turaclı, Marsan, Tasmalı, Zəyəm, Şotavar, Qorağan, Dəymədağlı, Almalı, Qıpçaq, Cəlayır, Baydarlı, Kötüklü kəndlərində Gülşən Orucovanın "Sehrli torba" tamaşası ilə məktəblilər və bağça uşaqları qarşısında çıxış edəcəklər.
Tamaşanın quruluşçu rejissoru Rahib Məmmədov, səhnə tərtibatçısı Mayis Abdullayev, musiqi tərtibatçısı Yusif Abdurahmanovdur. Ədəbi – hissə müdiri Osman Abdullayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB