“Yuxarıda və aşağıda”

"Yuxarıda və aşağıda" qısametrajlı bədii filmi "Umut" MDB ölkələrinin gənc film forumunun "Beynəlxalq müsabiqə" proqramına dəvət alıb. SİA-nın məlumatına görə, forum 28-31 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "4.1 Şəhər Motivləri" kinoalmanaxına daxildir.

Filmin beynəlxalq premyerası Almaniyanın Kottbus film festivalının "Fokus" proqramında baş tutub.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Teymur İsmayılov, quruluşçu oparatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, bəstəkarı Gökhan Ceylan, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və İradə Bağırzadədir ("Adari films").

Filmdə baş rolları Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov və digərləri canlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə