MTN 10 illiyinə həsr edilən nəşr birinci dərəcəli diploma layiq görülüb FOTO

MTN 10 illiyinə həsr edilən nəşr birinci dərəcəli diploma layiq görülüb FOTO

Nazirliyin 10 illik yubileyinə həsr olunmuş nəşr MDB üzv dövlətlərin "Kitab sənəti" Beynəlxalq müsabiqəsində I dərəcəli diploma layiq görülüb.

Nazirlikdən SİA-ya bildirilib ki, Qırğızıstanın paytaxtı Bişkekdə MDB üzv dövlətlərin "Kitab sənəti" adlı 13-cü Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqəyə Azərbaycan Respublikası tərəfindən təqdim olunan "Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş kitab – kataloq" "Birlik" ("Sodrijestvo") nominasiyası üzrə I dərəcəli diplomla təltif edilib.

Kataloq Mədəniyyət və Turizm Nazirliyinin nəşridir, layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Moskva şəhərində keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasında sözügedən diplom Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən MDB-nin Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın XXI iclasında isə kitab-kataloqun MDB-nin xüsusi sərgisində nümayiş etdirilməsi barədə qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə