“Payız palitrası” adlı sərgi açılacaq

“Payız palitrası” adlı sərgi açılacaq

Alman-Azərbaycan Mədəniyyət Mərkəzi- Kapelhausda "Payız palitrası" adlı rəsm sərgisi açılacaq. SİA-nın məlumatına görə, oktyabrın 14-də olacaq sərgi artıq 6-cı dəfədir ki, təşkil olunur. Sərgidə müxtəlif yaşlı fırça ustalarının payız ruhlu rəngarəng əl işləri nümayiş olunacaq.

İki gün davam edəcək sərgidə, həmçinin əsərlərin satışı da təşkil ediləcək. Sərgidə bütün sənətsevərlər iştirak edə bilər.

Qeyd edək ki, festival sözügedən məkanda ildə iki dəfə təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə