Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Multikultural cəmiyyət və turizm" mövzusunda keçirilmiş dəyirmi masada iştirak etmək məqsədilə Bakıda səfərdə olan Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru, professor Mayk Hardi və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviq olunmasını həyata keçirən "Global Compass" şirkətinin prezidenti, BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə sabiq müşaviri Jan Kristof Bası qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü "Bakı Prosesi"nin əhəmiyyəti və bu qlobal hərəkat çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyəti və nəticələri müzakirə edilib, həmçinin 2017-ci ilin aprel ayında Bakıda keçirilicək IV Mədəniyyətlərarası Dialoq Forumunun müzakirə gündəliyi barədə fikir mübadiləsi aparılib.
Adları qeyd olunan beynəlxalq ekspertlər ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycanın dünya miqyasında həyata keçirdiyi layihələrin beynəlxalq sülhə və sabitliyə böyük töhfə verməklə yanaşı Azərbaycanın multikultural model kimi dünyada tanınmasına və qəbul edilməsinə şərait yaratdığını qeyd ediblər.
Sonda IV Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun görüşünün YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO ilə birgə cari ilin noyabr ayında təşkil olunması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB