Bakıda pulsuz moda dərsləri keçirilir

Bakıda pulsuz moda dərsləri keçirilir

Bakıda gənc dizayner-rəssam Renarə Şəmsiyevanın rəhbərliyi ilə "Pulsuz moda dərsi" adlı açıq moda dərsləri təşkil olunub. SİA-nın məlumatına görə, "Atatürk prospekti 25 b" ünvanında təşkil olunan dərslərdə rəng və forma anlayışı, geyim eskizlərinin hazırlanması, dünya moda tarixi, dünya geyimləri və Azərbaycan xalqının milli geyimləri, dünyaca məşhur moda evlərinin iş fəaliyyəti, geyim kolleksiyasının hazırlanması və başqa mövzular tədris edilir.

Həmçinin, dərslərdə dünya üzrə qabaqcıl moda məktəblərində təhsil almaq istəyənlər üçün xüsusi hazırlıq kursları təşkil etmək də nəzərdə tutulur.

Qeyd edək ki, hazırda qeydiyyatların davam etdiyi dərslərə 5 yaşından yuxarı və rəssamlıq bacarığı olan hər kəsin qatıla bilər. Dərslər iştirakçıların istəyinə uyğun olaraq Azərbaycan, rus və ingilis dillərində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə