Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" bədii filmi 25-ci "Kinoşok" (Киношок) beynəlxalq film festivalının "KinoMalıŞok" (КиноМалыШок) proqramının "Ən yaxşı film" nominasiyasında qalib olub. SİA-nın məlumatına görə, MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdiyi festival 3-10 sentyabr tarixlərində Rusiyada keçirilib. Festival çərçivəsində filmimiz Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdirilib.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Qeyd edək ki, "Dərs" tammetrajlı bədii filmi 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınmışdır. Filmin beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında baş tutmuşdur. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB