Rejissor Anar Qasımov yeni film çəkib. SİA-ya bu haqda rejissorun özü məlumat verib: "Yol kənarı" adlı film ərsəyə gətirdim. Həmin o yol kənarı ki, hər gün, istər piyada, istərsə də nəqliyyat vasitəsilə yol ilə gedərkən, kənarda qalan yolun bir hissəsidir. Buna baxmayaraq, həmişə gözdən qıraqda qalır. Müəllifi olduğum bu qısa filmdə isə yolun kənarında kimsəsiz bir insanın yaşadığı uğursuz həyatına oxşar həyat yaşamaq üzrə olan gəncin həyatını xilas etməsidir. Sonda öz həyat yolu yarımçıq qalsa da, gəncin həyat yolunu xilas etmiş olur. Filmin əsas mövzusu, gəncləri qumar və bu tipli oyunlardan uzaqlaşdırmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB