73-cü Venesiya kinofestivalına start verilib. SİA-nın məlumatına görə, 20 ekran əsərinin mübarizəyə qoşulduğu festival bu il Demiyena Şazellanın "La la lənd" filmi ilə açılıb. Festival çərçivəsində məşhur rejissor Mel Gipsonun yeni filminin təqdimatı da nəzərdə tutulub. Həmçinin, festivalda rejissoru Emir Kusturicanın "Samanyolunda gəzinti" filmi də böyük maraq doğurub. O, filmdə həm də aktyor kimi çıxış edir və məşhur aktrisa Monika Beluçi ilə tərəf müqabili olub.
Qeyd edək ki, qaliblər sentyabrın 10-da müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB