“Azərbaycan xalça sənəti” FOTOLAR

“Azərbaycan xalça sənəti” FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzin iş planına uyğun olaraq Bakı şəhərində təşkil olunacaq 42-ci Şahmat Olimpiadası çərçivəsində "Azərbaycan xalça sənəti" sərgi-aksiyası keçirilir. SİA-nın verdiyi xəbərə görə, sərgi 1-14 sentyabrda təşkil olunub. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş sərgidə Azərbaycan xalça (Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı, Naxçıvan) məktəblərinə uyğun stendlər quraşdırılıb.

Tədbir iştirakçılarına və şahmatçılara xalçaçılıq, tətbiqi və təsviri sənət nümunələrinin nümayişi ilə yanaşı xüsusi hazırlanmış stendlərin önündə milli geyimlərdə fotoşəkil çəkdirmək imkanı yaradılıb.

Sosial şəbəkələrdə və xüsusi #-lər vastəsi ilə fotoşəkillərin paylaşım sistemi qurulub. Tədbir üçün xüsusi olaraq şəbəkədən şahmat fiqurları hazırlanıb. Gənc sənətkarlar İlqar və Vüqar Rəsulzadə tərəfindən hazırlanmış sah, vəzir və at fiqurları maraqla qarşılanıb və Şahmat Olimpiadasının təşkil olunmuş zalda yerləşdirilib.

Qeyd edək ki, tədbirin əsas məqsədi milli irsimizi təbliğ etmək və incilərimizi tanınmış şahmatçılar vastəsi ilə tanıtmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə