ABŞ-ın Çikaqo ştatında 14-cü Çikaqo Türk Mədəniyyəti Festivalına start verilib. SİA-nın verdiyi xəbərə görə, Çikaqo və ətrafında yaşayan Türkiyə vətəndaşları ilə yanaşı, həmyerlilərimizin də qatıldığı festival "İstiqlal marşı"nın oxunması ilə başlayıb.
Hər il ənənəvi olaraq Çikaqonun "Deyli" meydanında reallaşan festivalda türk mədəniyyəti, musiqisi, incəsənəti və mətbəxindən nümunələr nümayiş olunub. Festivalda, həmçinin türk musiqilərindən ibarət konsert proqramları təşkil edilməklə yanaşı, xalq oyunlarından ibarət bir sıra şou kompozisiyalar da nümayiş olunub.
Festivalın təşkil olunmasında məqsəd Türkiyə mədəniyyətini tanıtmaq, təbliğ etməkdən ibarətdir.
Qeyd edək ki, festivalda ABŞ-da yaşayan digər xalqların nümayəndələri də iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB