“Açıq qapılar günü”ndə nələr yaşandı? FOTOLAR

“Açıq qapılar günü”ndə nələr yaşandı? FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzində "açıq qapılar günü" layihəsi çərçivəsində "Şahdağın hədiyyəsi" adlı xüsusi əyləncəli konsert proqramı təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, mərkəzə üz tutanlar minimal qiymət ödəməklə çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanmış, ziplayn, trotinnet, dağ velosipedi, bob kart, seqvey kimi maraqlı yay əyləncələrindən üçünü eyni zamanda sınaqdan keçirmək şansı əldə ediblər.

Çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanaraq, müxtəlif yay əyləncələrindən istifadə etmək, canlı musiqiyə qulaq asmaq, uşaqlar üçün animatorların şousunu izləmək kimi xidmətlər təklif olunan tədbirdə əsas məqsəd mərkəzə üz tutan turistlərin əyləncəli və maraqlı bir gün keçirməsinə nail olmaq, eyni zamanda azyaşlı qonaqların zövqünü oxşamaqdır.

Qeyd edək ki, yay mövsümünün başlanğıcı hesab olunan iyun ayından bu günədək Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayı 25000-dən çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə