Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, xalq artisti Alim Qasımov bu günlərdə Londondan səfərdən qayıdıb. Səfər təəssüratlarını bölüşən xanəndənin verdiyi məlumata görə, Londonda olduğu zaman böyük konsert salonlarında 2 dəfə maraqlı repertuarla çıxış edib. Muğamsevərlərin iştirak etdiyi konsertdə qızı Fərqanə xanımla səhnəni bölüşüb. Azərbaycan xalq mahnı və muğamlarını ifa edib. Onun sözlərinə görə, orada ustad dərsləri də verib.
Xanəndə yaxın zamanda səfərə çıxacağını bildirib. Qeyd edib ki, "Michel Godard - Morgenland Festival -2016" iştirak üçün dəvət alıb. Sentyabrın 9-da keçiriləcək festivalda xanəndə musiqiçi qrupu ilə Fərqanə Qasımova, Zəki Vəliyev, Rauf İslamov, Rafael Əsgərov, Cavidan Nəbiyevlə birgə iştirak edəcək.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB