Gülyaz Məmmədova: "Albom üzərində çalışıram"

Gülyaz Məmmədova: "Albom üzərində çalışıram"

Azərbaycanın xalq artisti Gülyaz Məmmədova növbəti albomu üzərində çalışır. Professional səhnədə olduğu 26 il ərizində Gülyaz xanım 11 albomunu sənətsevərlərə təqdim edib. "SİA"-ya açıqlamasında "Mən bu ömrü elə belə yaşadım"ın onun sayca 12–ci albomu olacağını vurğuladı. Onun sözlərinə görə albomuna belə ad seçməsinə səbəb bacısı Gülyanaq Məmmədovanın ifasında səslənən və hitə çevrilən "Mən bu ömrü elə belə yaşadım" mahnısına olan sevgisidir. Yeni alboma klassik və müasir bəstəkarların 25-ə yaxın əsərini daxil edəcəyini bildirən müğənni bu bəstəkarlar sırasında Şəfiqə Axundovanın, Nailə Mirməmmədlinin, Ruslan Səfərlinin və başqaların musiqi əsərlərinin də yer aldığını qeyd etdi.

Azərbaycan Akademik Milli Opera və Balet Teatrında da yaradıcılıq planlarına toxunaraq yeni teatr mövsümündə teatrın rejissoru Hafiz Quliyevin quruluşunda "Əsli və Kərəm" tamaşasında Əsli rolunu yaradacağını qeyyd etdi.

Yay fəslinin olmasına baxmayaraq yaradıcılıq işlərini davam etdirsə də, Gülyaz xanım istirahətə vaxt ayıracağını da dilə gətirdi və doğulub boya-başa çatdığı Şəkidə, eləcə də Azərbaycan zəngin təbiətli Quba, İsmayıllı kimi rayonlarında istirahət edəcəyini bildirdi.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə