Brusseldə keçirilən "Musica Mundi" Beynəlxalq kamera musiqisi festivalında iştirak edən Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri ölkəmizi layiqincə təmsil edirlər. SİA-nın verdiyi xəbərə görə, festival çərçivəsində "Musica Mundi"-nin bədii rəhbəri, görkəmli sripkaçı Maksim Venqerovun konsertindən sonra təmsilçilərimiz İrvi Qitlis, Leonid və Xaqit Kerbellər, Aleksandr Qavrilyuk kimi dünya şöhrətli musiqiçilərin ustad dərslərində iştirak ediblər .
Həmçinin, iyulun 24-də gənc musiqiçilər "Château du Lac"-da baş tutmuş konsertdə festival proqramına daxil olan əsərləri uğurla ifa ediblər.
Qeyd edək ki, Festival iyulun 31-nə kimi davam edəcək. "Musica Mundi"nin əsas məqsədi 10-18 yaşlı dünyanın müxtəlif ölkələrindən olan gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB