Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Multikulturalizm ili çərçivəsində "Muzey/Musiqi/Multikulturalizm" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. O, "Multikulturalizm ili" çərçivəsində keçirilən növbəti tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 13-16 may 2016-cı il tarixində Moskvada keçirilən "İntermuzey-2016" Beynəlxalq festivalında və 3-9 iyul 2016-cı il tarixlərində İtaliyanın Milan şəhərində Beynəlxalq Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının "Muzey və mədəni landşaft" mövzusunda 24-cü Baş Konfransında iştirakı barədə çıxış edib.
Daha sonra tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli rus bəstəkarı D.Şostakoviçin anadan olmasının 110-cu illiyi münasibəti ilə "D.Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti" mövzusunda danışıb.
Çıxışlar tədbirlərdə təqdim olunan və muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou və sərgi materiallarının nümayişi ilə müşayiət olunub.
Tədbirdə muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblının solisti Davud Abdullayev(tar), Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı Fuad Əlizadə(f-no) musiqi nömrələri ifa ediblər. Həmçinin videogörüntülər təqdim olunub.
Tədbirin iştirakçıları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, klub üzvləri, KİV-nin nümayəndələri və başqaları olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB