Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Mənim Vətənim" adlı rəsm müsabiqəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, müsabiqədə Heydər Əliyev Mərkəzinin, Uşaq Yaradıcılıq Mərkəzinin və Zaqatala Dövlət Rəsm Qaleriyasının üzvləri iştirak edib. Müsabiqənin keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, istedadlı və yaradıcı gənclərin üzə çıxarılaraq potensialının inkişafının dəstəklənməsi məqsədi ilə həyata keçirilib.
Müsabiqədə I,II və III yerləri tutan gənc rəssamlar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB