Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində elektron marketinq fəaliyyətlərini davam etdirir. SİA-nın verdiyi xəbərə görə, bu məqsədlə yaradılmış Elektron Marketinq üzrə İşçi Qrupu artıq 6 aydan çoxdur ki fəaliyyət göstərir.
İşçi Qrup müvafiq təlimlərə cəlb olunduqdan sonra elektron marketinqin bütün əsas istiqamətləri üzrə prioritetləri əks etdirən strateji plan hazırlamış və plan üzrə təbliğat işlərinin icrasını həyata keçirib.
Yarım illik fəaliyyəti dövründə əsas prioritetləri sosial media marketinq (SMM), elektron poçt marketinqi ("e-mail marketinq"), elektron məlumat bazalarının yaradılması üzrə tədbirlər təşkil edib.
Sosial Media Marketinq tədbirləri çərçivəsində əsasən "Facebook", "İnstagram", "Pinterest", "YouTube" şəbəkələrində "Azerbaijan and Travel" adlı rəsmi səhifələrimiz vasitəsilə təbliğatın effektivliyini artırmaq üçün müvafiq media planlar hazırlanmış, keyfiyyətli məzmun paylaşımı təmin edilib.
Hazırda bütün dünyada elektron xəbər bülletenləri e-poçt marketinqi olaraq, rəqəmsal marketinq fəaliyyətinin ən effektiv təbliğat alətlərindən biri hesab edilir. Buna görə də Nazirliyin ilk elektron xəbər bülletenləri dizayn olunmuş və göndərilməyə başlanılıb.
Digər önəmli fəaliyyət isə, qəbul edilmiş biznes kartlardakı mövcud əlaqələr, aidiyyəti üzrə əldə edilmiş əlaqələr və ünvanlar üzrə vahid elektron məlumat bazasının yaradılmasıdır.
Rəsmi turizm portalının Veb səhifənin yenilənərək texniki, qrafik və məzmun baxımından müasir standartlara uyğunlaşdırılması istiqamətində də davamlı olaraq iş aparılır.
Turizm sahəsində elektron marketinq tədbirlərinin daha da genişlənməsi və müxtəlif ödənişli reklam kampaniyalarından, onlayn müsabiqələrdən, fərqli şəbəkələrdən və digər alətlərdən istifadə etməklə təbliğatın daha da gücləndirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB