Şuşa Dövlət Musiqili Dram Teatrı "Azərsun Holdinq" Mədəniyyət Mərkəzində 142–ci teatr mövsümünə, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının "Solğun çiçəklər" tamaşası ilə yekun vuracaq. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, iyulun 12–də olacaq tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.
Tamaşada əsas rolları əməkdar artist Rasəf Mehdiyev, aktyorlar Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Vüsalə Məmmədzadə və Zahid Mehdiyev canlandıracaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB