Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində "Birlik" rəsm sərgisi keçiriləcək. Akademiyadan SİA-ya bildiriblər ki, sərgi ADRA və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə keçirilir. Sərginin əsas məqsədi "Saf rənglər" IV Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində göstərdikləri köməyə görə təşəkkür bildirməkdir.
Qeyd edək ki, "Saf rənglər" IV Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalında 30-dək rəssamlıq studiyası və incəsənət məktəbi ilə yanaşı, bir çox ölkələrdən uşaqların əl işləri nümayiş olunub.
"Birlik" beynəlxalq sərgisi bir həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB