Rusiya Federasiyasının paytaxtı Moskvada RF Silahlı Qüvvələrinin Mərkəzi Muzeyində beynəlxalq konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə iştirak edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov "Azərbaycanda Sovet hakimiyyətinin yaradılması" adlı məruzəsində Azərbaycan SSRİ-də müxtəlif illərdə qəbul edilmiş bayraqları və gerbləri, həmçinin, 1941-1945-ci illərdə Azərbaycan atıcı diviziyalarının, döyüşçülərinin qəhrəmanlıqları haqqında danışıb. Həmçinin, müharibə illərində istifadə olunan yanacağı təmin etmək üçün Azərbaycan neftinin həlledici rolu vurğulanıb.
Bildirilib ki, 1960-cı illərdə Azərbaycan SSRİ-də iqtisadi böhran yaranması və Heydər Əliyevin Azərbaycanda MK Kom.Part. birinci katibi seçiləndən sonra Sovet Azərbaycanının yüksək templə hər sahədə inkişaf edib.
Maarifləndirici tədbirlərdən biri də Rusiya Federasiyası Sankt-Peterburq şəhərində keçirilib.
Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi Muzeyində təşkil olunan "Müharibə və silah. Yeni tədqiqatlar və materiallar" beynəlxalq elmi-praktik konfrans çərçivəsində Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqlarına həsr edilmiş təqdimat keçirilib. Tədbirdə Naxçıvan xanlığının dövlət və iki rəngli döyüş bayraqları barədə geniş məlumat verilib, bayraqların üzərindəki ərəb dilli yazılar və rəmzlərin mənaları təhlil edilib.
Bildirilib ki, Naxçıvan xanlığının dövlət bayrağının üzərindəki səkkizguşəli ulduz və aypara kompozisiyasının əks edilməsi və xanlığın üçüncü bayrağının qırmızı və yaşıl rəngli olması, üzərində səkkizguşəli ulduz rəmzinin təsviri sübut edir ki, Azərbaycan Respublikasının dövlət bayrağındakı rəmzlər və rənglər, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən də qabaq Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilib. Bayrağın üzərində əks olunmuş ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib olunub.
Qeyd edək ki, Naxçıvan xanlığının sözügedən bayraqları Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi Muzeyinin bayraq fondunda saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB