Milli Kitabxana beynəlxalq konfransda iştirak edib

Milli Kitabxana beynəlxalq konfransda iştirak edib

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Milli Kitabxanalarının Konfransı (CENL) Beynəlxalq Təşkilatının 30 illiyi münasibətilə ümumi görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, ölkəmizi cari ildə keçirilən bu mötəbər tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin işçisi Xanpəri Cəfərova təmsil edib.

Görüşü Avstriya Milli Kitabxanasının direktoru xanım Johanna Rachinger açıq elan edərək, tədbirin Avstriya Milli Kitabxanasında keçirilməsindən məmnunluq duyduğunu bildirib.

Sonra tədbirin gündəliyi qəbul olunub, Berndə keçirilən 29-cu illik görüşün əsas məsələləri qeyd edilib, CENL-in 2015-ci ilin iyun ayından 2016-cı ilin may ayınadək olan dövr üçün illik hesabat dinlənilib, CENL katibliyinin Fransa Milli Kitabxanasından Britaniya kitabxanasına köçürüldüyünü bir daha bildirib.

Görüş öz işini sessiyalarda davam etdirib, milli, kütləvi və digər kitabxanaların rolu müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə