Ölkəmizin zəngin turizm potensialının Küveyt dövlətində təbliği məqsədilə 26-30 may tarixində Küveyt Dövlətinin aparıcı kütləvi informasiya vasitələri (KİV) nümayəndələrindən ibarət qrupun ölkəmizə tanışlıq səfəri təşkil edilib. Nazirlikdən SİA_ya verilən xəbərə görə, səfər Azərbaycan Respublikasının Küveytdəki Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən turizm nümayəndəliyi "Atlantis Holidays" şirkətinin təşkilatçılığı ilə baş tutub.
Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə 03 – 07 aprel tarixlərində Küveyt Dövlətinin Əl-Küveyt şəhərinə səfər həyata keçirilib. Səfərin yekunu olaraq, Küveyt Dövlətində ölkəmizin turizm potensialının tanıdılması məqsədilə "Al Jarida", "Al Nahar", "Al Anbaa", "Al Rai" qəzetlərinin nümayəndələri iştirak edir.
Səfər çərçivəsində KİV nümayəndələrinin paytaxt Bakı ilə yanaşı, Qəbələ və Şəki rayonlarına səfərləri planlaşdırılır.
Qeyd edək ki, ötən il ərzində ölkəmizə orta şərq ölkələrindən 9300 nəfərdən çox turist səfər edib. Bu isə 2014-cü il ilə müqayisədə 4000 nəfərdən çox artım deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB