Musiqili Teatrın balet artisti beynəlxalq müsabiqədə 3-cü olub FOTOLAR
Azərbaycan Dövlət Musiqili Teatrının balet artisti Cəlalə Novruzlu Beynəlxalq müsabiqədə uğurla çıxış edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Xareoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən SSRİ xalq artisti Qəmər Almaszadə adına "Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə"də Azərbaycan da daxil olmaqla, Rusiya, Ukrayna, Qazaxıstan, Litva və İrandan olan balet ustaları iştirak ediblər. Müsabiqənin münsiflər heyətində Azərbaycan Respublikasının xalq artisti Rəfiqə Axundova, Rusiya Federasiyasının xalq artisti Dikalu Muzakayev, Azərbaycan Respublikasının xalq artisti Afaq Məlikova, Litva Respublikasının əməkdar artisti Petras Skirmantas və Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Dilarə Əliyeva təmsil olunublar. Azərbaycan Dövlət Musiqili Teatrının balet truppasının gənc üzvü Cəlalə Novruzlu uğurla çıxış edərək, Qəmər Almaszadə adına "Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə"də üçüncü yeri qazanıb.
Qeyd edək ki, Cəlalə Sultan qızı Novruzlu 25 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Akademiyasının "Klassik balet" şöbəsini bitirib. 1 sentyabr 2010-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Teatrında balet artisti işləyir. Teatrda işlədiyi müddət ərzində "Bankir adaxlı", "Ər və arvad", "Arşın mal alan","Şeytanın yubileyi", "Amerikalı kürəkən", "Xanuma", "Qırmızı papaq", "Yağış göbələyinin macərası", "Düyməcik", "Qısqanc ürəklər","Evlənmə", "Mən dəyərəm min cavana", "Talelər qovuşanda", "Skapenin kələkləri", "Kimdir müqəssir", "Hərənin öz ulduzu", "10 min dollarlıq keyf","Qızıl toy", "Baladadaşın toy hamamı", "Qafqazlı qardaşqızı", "Dəcəl çəpişlər", "Qızıl cücə" və başqa tamaşalarda iştirak edib.
(1).jpeg)
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB