Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında "Azərbaycan Cümhuriyyəti. 1918-1920" bölməsinin yeni quruluşda açılışı olub. Muzeyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, açılış mərasimində çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bölmə barədə ətraflı məlumat verib. Bildirilib ki, bölmədə müsəlman Şərqində ilk demokratik respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilib.
Bölmə iki otaqdan ibarətdir: "Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu" və "Azərbaycan Cümhuriyyətinin fəaliyyəti".
Birinci otaqda müstəqilliyin elan edilməsi, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti hökumətinin Gəncə dövründə fəaliyyəti əks olunub.
İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlament və hökumətinin fəaliyyəti, 1918-1920-ci illərin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB