“Danışan gəlincik” tamaşasının premyerası olacaq

“Danışan gəlincik” tamaşasının premyerası olacaq

Mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış "Danışan gəlincik" adlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, birhissəli musiqili nağıl-tamaşa əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim ediləcək.

Tamaşada varlı şah sarayı və kasıb daxması olan iki ailənin həyat tərzi əks olunub.

Səhnə əsərində rəsmlərin quruluşu İlham Elxanoğluya, musiqi tərtibatı isə Həmid Kazımzadəyə məxsusdur. Tamaşada rolları aktyorlar İlahə Həsənova, Günel İmanova, Aygün Baxışlı, Xədicə Novruzlu, Elnar Qarayev, Hikmət Rəhimov, Şəlalə Şahvələdqızı və başqaları canlandıracaq.

Qeyd edək ki, səhnə əsərinin premyerası 2012-ci il dekabrın 28-də baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə