Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2015-ci ilin 12-17 sentyabr tarixlərində Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilən qətnaməyə əsasən, 2017-ci il dünyada "Turizmin davamlı inkişaf ili" elan edilib. Mədəniyyət və Turizm Naziriyindən SİA-ya verilən xəbərə görə, beynəlxalq davamlı turizm ilinin qeyd edilməsinin əsas məqsədi, turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması, bu növ turizmin təbliğatının, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir.
2017-ci il dünyada "Turizmin davamlı inkişaf ili" BMÜTT-nin icrası, eləcə də hökumətlər, BMT-nin aidiyyatı təşkilatları, digər beynəlxalq və regional təşkilatların birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, BMÜTT-nin digər üzv ölkələri ilə yanaşı, "Turizmin davamlı inkişaf ili"nin ölkəmizdə qeyd edilməsi məqsədilə sözügedən təşkilatdan müvafiq müraciət məktubu göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB