Ruslar yay tətillərini evdə keçirəcəklər

Ruslar yay tətillərini evdə keçirəcəklər

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi rusiyalıların 2016-cı ilin yayında harada istirahət etməyə üstünlük vermələrinə dair sorğunun nəticələrini açıqlayıb. Rusiya mətbuatının verdiyi məlumata görə, araşdırma göstərib ki, ölkədə davam edən iqtisadi böhran vətəndaşların seçiminə xeyli təsir göstərib. Belə ki, rəyi soruşulanların əksəriyyəti, yəni 45 faizi yayda evdə qalacaqlarını bildiriblər.

Sorğuda iştirak edənlərin 35 faizi bildirib ki, yay istirahətlərini bağ evlərində keçirəcək. Yalnız 3 faiz rusiyalı xaricdə istirahət etməyə gedəcək. Rəyi soruşulanların 44 faizi etiraf edib ki, səfər üçün pulları olmadıqlarına görə yayda evdə qalacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə