Bakı şəhəri 2016-cı ildə yay səyahəti üçün rusiyalı turistlərin şəhərləri arasında TOP 5-də yer alıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu haqda Rusiyanın "Travel.ru" saytı məlumat verib.
Reytinqə əsasən, iyunun 1-dən avqustun 31-nə kimi turistlər üçün mehmanxana, mənzil tipli mehmanxana və sərbəst səyahətə görə bron edilən yerlər üzrə təyin edilib.
Hazırda rus turistlər üçün Bakı və Minsk ən aşağı büdcəli paytaxt (yaşamaq üçün sutkada orta hesabla 45 avro-76 AZN), London isə ən bahalı paytaxtdır (orta hesabla 200 avro-338AZN).
Qeyd edək ki, Top 10-da Praqa, Minsk, Paris, Rika, Bakı, Tallin, Roma, Barselona, Helsinki və London şəhərləri yer alıb.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://rg.ru/2016/05/18/reg-szfo/nazvany-samye-populiarnye-goroda-dlia-letnih-poezdok.html
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB