Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən şəbəkəsinə daxil olan 4 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qocayeva Aybəniz Cümşüd qızına vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, intizam tənbehlərinin verilməsi qurumun tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması və nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB