Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Rusiya Federasiyasının Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Maqamed İsayev ilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında turizm və mədəni əlaqələrin inkişafı, bu sahədə daha sıx əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.
Nazir Əbülfəs Qarayev Rusiya Federasiyasının Dağıstan Respublikasından turist axının artırılması istiqamətində bir sıra işlərin görülməsinin vacibliyini qeyd edib, Azərbaycan - Dağıstan sərhədində turistlərin gəlişinin asanlaşdırılması üzrə məsələlər haqqında danışıb.
Görüşdə həmçinin, qış turizmi sahəsində turistlərin cəlb olunmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb, Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzinin geniş potensialının olması vurğulanıb.
Rusiya Federasiyasının Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Maqamed İsayev görüşdə müzakirə edilən məsələlərin mühüm əhəmiyyətini və iki tərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin görüləcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB