Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Carlos Dante Riva və katib Gisandro Basiliko Milli Kitabxanada olublar. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov qəbul edib. K.Tahirov kitabxana haqqında qısa məlumat verdikdən sonra ötən il Argentina Milli Kitabxanasının direktorunu IV Bakı beynəlxalq kitab sərgisinə dəvət etdiyini, müəyyən səbəblərdən cənab direktorun Bakıya gələ bilməməsini və milli kitabxanalar arasında razılaşdırılmış ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalanma mərasiminin təxirə salındığını bildirib.
Cənab səfir bu görüşün əlaqələrin qurulacağına təkan verəcəyini söyləyib. O, Tərcümə Mərkəzi ilə birgə Argentina yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap olunduğunu deyib və həmin kitabın təqdimatının Milli Kitabxanada keçirilməsini təklif edib.
O, həmçinin, bu tədbirin əlaqələrin qurulmasının ilkin addımı olacağını vurğulayıb. Təqdimatın Milli Kitabxanada keçirilməsini K.Tahirov məmnuniyyətlə qəbul edib.
Qonaqlara Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın mədəniyyət obyektlərini özündə əks etdirən xəritə və Azərbaycan ədəbiyyatı kitabları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB