Son zamanlar mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən müəssisədə qeydiyyatdan keçərkən tələb olunan müvafiq sənədlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər daxil olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, məlum olduğu kimi, mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi beynəlxalq qaydalarına və təcrübəsinə əsasən, hər bir vətəndaş xüsusi forma-gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini: soyadı, ad, doğum tarixi, daimi yaşayış yerinin ünvanı və digər məlumatları qeyd edir. Həmin vərəqədə eyni zamanda, mehmanxanada qalma qaydaları və rejimi də öz əksini tapır. Sənədə atılan imza onu təsdiq edir ki, mehmanxanada gecələyən turist, xidmət qaydaları və qiymətləri ilə tanış olub.
Daha sonra vərəqədəki göstəricilər mehmanxananın qeydiyyat bankına daxil edilir və şəxsiyyəti təsdiq edən sənəd dərhal müştəriyə geri qaytarılır.
Qeyd edək ki, mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nigah haqqında şəhadətnamə tələb olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB