İstiqlal Muzeyi maarifləndirici tədbir keçirib FOTOLAR

İstiqlal Muzeyi maarifləndirici tədbir keçirib FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin 2013- cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018 ci illər Dövlət Proqramı" çərçivəsində təsdiq olunmuş tədbirlər proqramına uyğun olaraq, Azərbaycan İstiqlal Muzeyi Milli Qəhrəman Hikmət Nəzərli adına 27 saylı tam orta məktəbdə "Bəşəriyyətin bəlası-Narkomaniya" adlı tədbir-sərgi keçirib. Muzeyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirin açılışını edən məktəbin direktoru Cəmilə Ramazanova narkotik maddələrin törətdiyi maddi və mənəvi problemlərdən danışıb.

"Polisə dəstək" ictimai birliyinin sədri, ekspert hüquqşünas, müharibə veteranı, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev narkotik maddələrin yaranma tarixi və hüquqi aspektdən cəzalandırmalar haqqında ətraflı məlumat verib.

Daha sonra isə Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Ramazanova Gülay narkomaniyanın bəşəriyyətimiz üçün törətdiyi problemlərdən söz açıb.

Sonda Respublika Narkoloji Mərkəzin şöbə müdiri narkoloq həkim Məmmədova Afət çıxış edərək narkotik vasitələrin insan səhhəti üçün yaratdığı ziyanlar haqqında fikirlərini paylaşıb.

Tədbirdə "Narkomaniya – bəşəriyyətin bəlası adlı" filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə