Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov və metodist Zəbulla Quliyev uşaq musiqi və incəsənət məktəblərinə metodiki kömək göstərmək məqsədilə Füzuli rayonunda fəaliyyət göstərən beş uşaq musiqi məktəbində təlim xarakterli tədbirlər həyata keçiriblər. Mərkəzdən SİA-ya verilən xəbərə görə, onlar məktəblərdə tədris prosesi, tədrisin səviyyəsi, sənədlərlə işin təşkili, müəllimlərin dərsə yanaşma tərzi və dərs keçmə metodları, müəllim və şagirdlərin dərsə davamiyyəti ilə yaxından tanış olmaq üçün dərslərin gedişi prosesində iştirak ediblər.
Mərkəzin nümayəndələri digər məsələlərlə bağlı nöqsan və iradların aradan qaldırılması istiqamətində məktəblərə əməli və metodiki kömək göstəriblər.
Həmçinin, ixtisas və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə aparılması, məktəblərin, sinif otaqlarının tərtibatı, şagirdlərin bilik səviyyələri ilə tanış olaraq bu istiqamətdə zəruri tövsiyələr verilib.
Qeyd edək ki, Elmi-Metodiki Mərkəz tərəfindən həmçinin, uşaq musiqi məktəblərində müxtəlif ixtisaslar üzrə hazırlanmış yeni tədris proqramlarındakı innovativ metodoloji üsullar haqqında izahat verilib və müxtəlif metodiki vəsaitlər təqdim edilib.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB