Ulu Öndərin doğum günü teatrda qeyd edilib FOTOLAR

Ulu Öndərin doğum günü teatrda qeyd edilib FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü münasibəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xeyriyyə aksiyası keçirilib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, teatrda məşhur Avstriya dramaturqu A.Lindqrenin "Balaca və damda yaşayan Karlson" tamaşası aztəminatlı və imkansız ailələrin uşaqları üçün pulsuz nümayiş olunub.

Tamaşada Nərimanov, Yasamal, Sabunçu, Suraxanı və Xətai rayon məktəblərində təhsil alan aztəminatlı ailələrin uşaqları və valideynləri iştirak ediblər.

Ekran əsərinin quruluşçu rejissoru Tatyana Şevçenko (Ukrayna), quruluşçu rəssamı Yelena Karpenko (Ukrayna), baletmeyster Yekaterina Moreva (Ukrayna), tryukların quruluşu İsa Əsədova məxsusdur.

Əsas rollarda əməkdar artist Nəsibə Eldarova, aktyorlar Vüsal Mehrəliyev, Anar Seyfullayev, Vahid Orucoğlu, Asya Atakişiyeva, Müşfiq Əliyev, Mehriban Hüseynova və başqaları çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə