Dolma ənənələrinin UNESCO mübarizəsi AÇIQLAMA

Dolma ənənələrinin UNESCO mübarizəsi AÇIQLAMA

"Azərbaycanın milli mənəvi dəyərlərinin mənfur ermənilər tərəfindən mənimsənilməsi artıq bütün dünyaya məlumdur". SİA-nın verdiyi xəbərə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kulinariya Mərkəzinin 25 illik yubileyi münasibəti ilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, mənfur ermənilər nəinki torpaqlarımıza, hətta milli mədəni dəyərlərimizə, mədəniyyətimizə də təcavüz edirlər: "Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb. Ötən il Ermənistan bütün Şərqdə hazırlanan lavaşı mənimsəyərək, onun bişirilmə texnikasının UNESCO-nun qeyri-mədəni irs siyahısına daxil edilməsi üçün addımlar atdılar. Lakin biz bunun qarşısını almağa müvəffəq olduq. Beynəlxalq əlaqələrlə birləşərək lavaşın hamıya məxsus olduğunu sübut etdik.

Əbülfəs Qarayev həmçinin, bildirib ki, milli mətbəx nümunəmiz olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar işlənib hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə