Şirvanda şagird və müəllimlər üçün ustad dərsləri keçirilib FOTOLAR

Şirvanda şagird və müəllimlər üçün ustad dərsləri keçirilib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyi respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə mütəmadi olaraq, müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Şirvan şəhərində Hacıqabul, Saatlı, Sabirabad rayon və Şirvan şəhər uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, kamança, musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib. Dərsləri Qara Qarayev adına Mərkəzi İncəsənət və Bakı şəhər 3 nömrəli Uşaq İncəsənət, R.Behbudov adına 2 nömrəli, G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəblərinin təcrübəli müəllimləri aparıblar.

Qeyd edək ki, 2015-ci il ərzində zonalar üzrə Bakı, Sumqayıt, Ağcabədi, Quba və Şamaxı şəhərlərində Sumqayıt şəhər, Abşeron, Xızı, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Zərdab, Laçın, Xocavənd, Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayon uşaq musiqi və incəsənət məktəblərinin (cəmi 77 məktəb) müəllim və şagirdləri üçün fortepiano, violin, tar, kamança, saz, qarmon, xanəndəlik, musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri təşkil olunub.

2016-cı il fevralın 23-də Lənkəran şəhərində Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayon, martın 30-da isə Bakı və Xırdalanda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün maarifləndirici dərslər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə