Sumqayıt Dövlət Dram Teatrı Vasif Məmmədovun quruluş verdiyi "Cəsurlar" tamaşasını nümayiş etdirəcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tamaşa Azərbaycan xalq nağılının motivləri əsasında səhnələşdirilib.
Səhnə əsərində rolları əməkdar artist Ulduzə Nəsir, aktyorlar Dağlar Rüstəmov, İlqar İbrahimov, Yeganə Məmmədvəliyeva, Şəmistan Süleymanlı, Fuad Kazımov, Kifayət Buriyeva, İlahə Səfərova ifa edəcək.
Qeyd edək ki, tamaşa 14 may saat 10:00-12:00-da 35 saylı orta məktəbdə, 15 may saat 12:00-da isə Sumqayıt Şəhər Mədəniyyət Evində nümayiş olunacaq.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB